IFC Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək verir

IFC Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək verir Bakı. 28 fevral. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətləri, o cümlədən elektron pul, internet və mobil bankçılığı təşviq etmək üçün regional konfrans keçirlir.
Maliyyə
227
28 Fevral , 2018 20:35
IFC Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək verir

Bakı. 28 fevral. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətləri, o cümlədən elektron pul, internet və mobil bankçılığı təşviq etmək üçün regional konfrans keçirlir.

“Report”un məlumatına görə, tədbir Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə baş tutub.

Konfransda maliyyə qurumlarının rəqəmsal xidmətlərdən istifadə yolları, habelə yeniliklərin müştəri sayının artırılmasına köməyi və rəqəmsal maliyyə xidmətlərinin inkişafını təşviq etməklə dövlətlərin maliyyə inkluzivliyinə dəstək imkanları müzakirə ediləcək. Münbit mühitdə bu sistemlər sürətlə arta və kütləvi miqyasa çıxa bilərlər. Qeyd edək ki, qarşıdakı illərdə rəqəmsal xidmətlərə tələbatın artması gözlənilir. Smartfonların qiyməti tədricən aşağı düşdüyü bir vaxtda inkişaf edən ölkələrdə yaşayan insanların 2020-ci ilə qədər artıq 60%-nin internetə çıxış əldə etməsi gözlənilir (2015-ci ildə bu rəqəm 44% olub). 

IFC/Dünya Bankının maliyyə, rəqabət qabiliyyətliliyi və innovasiya üzrə qlobal təcrübə üzrə direktoru Rolf Behrndt qeyd edib ki, IFC innovativ və dayanıqlı maliyyə xidmətlərinin inkişafını dəstəkləyir: "Maliyyə xidmətlərinin çatdırılması sahəsində mobil texnologiyalar və yeni biznes modelləri böyük sayda aşağı gəlirli əhali, mikrosahibkarlar, kiçik biznes və kənd sakinləri üçün əsas maliyyə xidmətlərinə çıxış təmin edə bilərlər. Bu isə daha uzun perspektivdə iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və iqtisadi artıma kömək edəcək". 

Tədbir IFC-nin Azərbaycanda, Qırğız Respublikasında və Tacikistanda həyata keçirdiyi elektron və rəqəmsal maliyyə xidmətləri layihəsi çərçivəsində baş tutub. Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi tərəfindən dəstəklənən layihə IFC və Dünya Bankının Maliyyə, Rəqabətlilik və İnnovasiya üzrə Qlobal Təcrübəsinin bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi