İDK BOKT-un xalis mənfəəti 92 % azalıb

Maliyyə
  • 24 may, 2024
  • 10:48
İDK BOKT-un xalis mənfəəti 92 % azalıb

İDK MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 176 min manat xalis mənfəətlə baş vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 92 % azdır.

Ötən il İDK-nın vergiyəqədərki mənfəəti 18 min manat (əvvəlki ilə nisbətən 90,1 % az), mənfəət vergisi ösdəmələri isə 4 min manat (33,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə İDK-nın aktivləri 2,481 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 % azdır. Bunun 1,535 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 18,5 % kiçilib.

Hesabat dövründə İDK-nın öhdəlikləri 11,2 % azalaraq 692 min manata düşüb, balans kapitalı isə 0,8 % artaraq 1,789 milyon manata çatıb.

Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 722 min manatdır, BOKT-un təsisçisi 100 % Əliyar Əsgərovdur.

Son xəbərlər

Bütün Xəbər Lenti