"İçərişəhər" və Elmi-Mədəni Mərkəzi auditor seçir

Maliyyə
  • 29 aprel, 2021
  • 12:51
İçərişəhər və Elmi-Mədəni Mərkəzi auditor seçir

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 3-ü, saat 10:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, 20/85 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 492-11-75 (daxili: 128) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bundan başqa, idarənin nəzdindəki Elmi-Mədəni Mərkəz də audi xidməti üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 3-ü, saat 10:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 41 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (050) 343-14-01 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

44 filmi