İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib Prezident İlham Əliyevin 31 yanvar 2019-cu il tarixli fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.
Maliyyə
555
5 Yanvar , 2021 11:44
İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib

Prezident İlham Əliyevin 31 yanvar 2019-cu il tarixli fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli qərarı ilə “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib. Daxilolmaların yeni büdcə təsnifatı kodları icbari tibbi sığorta haqları, maliyyə sanksiyası və faizlər üzrə ödənişlərin düzgün uçotunun aparılmasına, ödənişlərin şəxsi hesab vərəqələrində vahid şəkildə optimallaşdırılmasına imkan yaradacaq.

İcbari tibbi sığorta haqlarının ödənişləri aşağıdakı büdcə təsnifat kodarı üzrə aparılacaq:

124000

İcbari tibbi sığorta üzrə sığorta haqları

124100

İşəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

124110

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

124120

Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlara aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124130

Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və yerli subpodratçılara aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124140

Büdcə təşkilatlarına aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

124150

Dövlət adından yaradılan publik hüquqi şəxslərə aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

124160

Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə aid edilən işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

124170

Digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı

124200

Muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124210

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124220

Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlarda muzdla işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta üzrə sığorta haqqı

124230

Hasilatın pay bölgüsü sazişləri üzrə xarici və yerli subpodratçılarda muzdla işləyənlərin əməkhaqlarından icbari tibbi sığorta üzrə sığorta haqqı

124240

Büdcə təşkilatlarında muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124250

Dövlət adından yaradılan publik hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124260

Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124270

Digər işəgötürənlərdə muzdla işləyənlərin əməkhaqlarından hesablanan icbari tibbi sığorta üzrə sığorta haqqı

124300

Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı

124400

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı

124500

Digər sığortaolunanlar üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı

124600

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı

124610

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı

124620

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan dizel yanacağının hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı

124630

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı

124700

Vergi ödəyiciləri tərəfindən aksiz dərəcələri üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqları

124710

Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar

124720

Pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar

124730

Siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar

124740

Energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar

124800

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər

127000

İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə daxilolmalar

127100

İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilolmalar

127200

İcbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar

127300

İcbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar

Bundan əlavə, icbari tibbi sığorta haqları üzrə xəzinə hesabı aşağıdakı kimidir:

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWIFT BİK: CTREAZ22

Vəsaiti alan

Adı: İcbari Tibbi Sığorta üzrə DA

Hesab№: AZ04CTRE00000000000008838301

VÖEN: 1701911851

Son xəbərlər

Orphus sistemi