İtaliyanın məşhur bank qrupu xalis mənfəətini 50% artırıb

İtaliyanın məşhur bank qrupu xalis mənfəətini 50% artırıb İtaliyanın məşhur bank qrupu “UniCredit” bu ilin I yarısında 3,241 milyard avro xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.
Maliyyə
7 Avqust , 2019 14:20
İtaliyanın məşhur bank qrupu xalis mənfəətini 50% artırıb

İtaliyanın məşhur bank qrupu “UniCredit” bu ilin I yarısında 3,241 milyard avro xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bununla belə, son 1 ildə qrupun gəlirləri 3,4% azalaraq 9,289 milyard avroya, xalis faiz gəlirləri 0,7% azalaraq 5,132 milyard avroya, əməliyyat mənfəəti isə 3% azalaraq 4,316 milyard avroya düşüb.

“Unicredit” ağır makro iqtisadi şərtlər fonunda yaxşı nəticələrə nail ola bilib”, - qrupun baş direktoru Jan-Pyer Müstye bildirib.

Xatırladaq ki, “Unicredit” 18 ölkədə fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi