İsveçrənin ən böyük banklarından birinin rəhbəri istefa verdi

İsveçrənin ən böyük banklarından birinin rəhbəri istefa verdi İsveçrənin “Credit Suisse” bankının baş direktoru Ticani Tiam istefa verib.
Maliyyə
7 Fevral , 2020 12:32
İsveçrənin ən böyük banklarından birinin rəhbəri istefa verdi

İsveçrənin “Credit Suisse” bankının baş direktoru Ticani Tiam istefa verib.

“Report” bankın saytında dərc edilmiş press-relizə istinadən xəbər verir ki, artıq “Credit Suisse Group”un Direktorlar Şurası onun istefasını qəbul edib və vakant posta Tomas Qottştaynı təyin edib.

Qeyd olunur ki, T.Tiam bankın 2019-cu il üzrə işlərinin nəticələrini təqdim etdikdən sonra fevralın 14-də vəzifəsindən ayrılacaq. O, bankda 2015-ci ildən işləyirdi.

T.Qottştayn isə 20 ildən çoxdur “Credit Suisse”dədir. O, son zamanlarda bankın İsveçrədəki rəhbəri kimi fəaliyyət göstərirdi.

Son xəbərlər

Orphus sistemi