İslam İnkişaf Bankının vitse-prezidenti Bakıya gəlir - EKSKLÜZİV

İslam İnkişaf Bankının vitse-prezidenti Bakıya gəlir - EKSKLÜZİV Səfər yanvarın 19-u başa çatacaq
Maliyyə
17 Yanvar , 2017 15:39
İslam İnkişaf Bankının vitse-prezidenti Bakıya gəlir - EKSKLÜZİV

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu axşam İslam İnkişaf Bankının (IDB) vitse-prezidenti Sayed Aqa Azərbaycana gəlir. 

“Report”un Maliyyə Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, 2 günlük səfər yanvarın 19-u başa çatacaq.

S.Aqanın Prezident İlham Əliyevin qəbulunda olacağı, maliyyə və iqtisadiyyat nazirləri, Azərbaycan Mərkəzi Bankının sədri, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri ilə görüşəcəyi gözlənilir.

Məlumata görə, səfərin əsas məqsədi bankın Azərbaycanda maliyyələşdirdiyi layihələr barəsində müzakirələr aparmaqdır.

Son xəbərlər

Orphus sistemi