Bakı. 7 yanvar. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən bu gün Azərbaycan vətəndaşına 5 min manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.
Məlumata görə, sığorta ödənişi 2013-cü il iyulun 13-də saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan şosesində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.
Qeyd edək ki, ödəniş yanvarın 6-da poçt vasitəsilə köçürülüb.