İSB-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri dəyişib

İSB-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri dəyişib Ləman Səməndərlini Kamran Əliyev əvəz edib
Maliyyə
21 Fevral , 2017 10:25
İSB-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri dəyişib

Bakı. 21 fevral. REPORT.AZ/ İcbari Sığorta Bürosunun (İSB) ictimaiyyətlə əlaqələr üzrə meneceri Ləman Səməndərli işdən çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, onun yerinə Kamran Əliyev təyin edilib.

O, bundan əvvəl “B.EST Solutions” şirkətinin operatoru olduğu “Asan İmza” layihəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri olub.

Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır. 

Son xəbərlər

Orphus sistemi