İSB-nin Himayəçilər Şurası yenidən formalaşdırılıb

İSB-nin Himayəçilər Şurası yenidən formalaşdırılıb Maliyyə Nazirliyinin əməkdaşlarını Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları əvəz edib
Maliyyə
25 Noyabr , 2016 16:11
İSB-nin Himayəçilər Şurası yenidən formalaşdırılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının (HŞ) tərkibi yenilənib. 

Qurumdan "Report"a daxil olan məlumata görə, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Ülviyyə Cabbarova, “AXA MBask” Sığorta Şirkəti ASC-nin İH sədrinin birinci müavini Lana Gözəlova və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İH-nin sədri Tələt Səfərov HŞ-ya üzv seçilib.

Bundan başqa, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov HŞ-dan kənarlaşdırılıb. Onun, eləcə də adı çəkilən nazirliyin bu il, aprelin 6-da vəfat etmiş Vergi siyasəti və gəlirlər şöbəsinin sabiq müdiri Cəmil Əlizadənin yerinə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2 əməkdaşı HŞ-ya üzv seçilib. Bunlar Palataın Hüquq və İcraat Departamentinin Hüquqi Təminat İdarəsinin rəisi Nurlan Babayev və Strateji Xidmətlər Departamentinin Strateji Təhlil və Risklərin İdarəedilməsi İdarəsinin böyük analitiki Orxan İsmayılovdur.

HŞ-nın digər üzvləri isə İSB-nin icraçı direktoru Elxan Quliyev, daxili auditoru Aynur Bayramlıdır.

Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır. 

Son xəbərlər

Orphus sistemi