İSB “Alfa Sığorta”nın öhdəlikləri üzrə 212 min manat ödəniş edib

İSB “Alfa Sığorta”nın öhdəlikləri üzrə 212 min manat ödəniş edib Bu məbləğ 130 sığorta tələbi üzrə ödənilib
Maliyyə
25 Aprel , 2017 15:05
İSB “Alfa Sığorta”nın öhdəlikləri üzrə 212 min manat ödəniş edib

Bakı. 25 aprel. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) lisensiyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin rəsmiləşdirilmiş icbari sığorta müqavilələri ilə əlaqədar daxil olan sığorta tələbləri üzrə kompensasiya ödənişini davam etdirir.

“Report” İSB-yə istinadən xəbər verir ki, bu ilin fevralından etibarən şirkətə görə büroya daxil olmuş 146 sığorta tələbinin 130-u təmin edilib, 3 sığorta tələbi üzrə kompensasiya verilməsindən qanuni əsaslarla imtina olunub, daha 13 tələb üzrə müraciətlərə isə hazırda baxılmaqdadır.

Büro tərəfindən təmin edilmiş sığorta tələbləri üzrə 211 689 manat ödəniş edilib. Bunun 193 601 manatı nəqliyyat vasitələrinə, 10 088 manatı əmlaka, 8 min manatı isə sağlamlığa dəymiş zərərlə bağlı olub. 

Son xəbərlər

Orphus sistemi