İran tüməni iki il əvvəlki antirekordu təzələdi

İran tüməni iki il əvvəlki antirekordu təzələdi İranda bir ABŞ dolları 19 min 80 tümənə qədər bahalaşıb.
Maliyyə
20 İyun , 2020 15:37
İran tüməni iki il əvvəlki antirekordu təzələdi

İranda bir ABŞ dolları 19 min 80 tümənə qədər bahalaşıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Bildirilib ki, bir avro 21 min 325 tümənə, bir Türk lirəsi 2 min 785 tüməndən mübadilə edilir.

Cari ilin yanvar ayında bir ABŞ dolları 13 min 350 tümənə mübadilə olunub. İranın milli valyutası bir ABŞ dollarına nisbətdə 42 faiz dəyərdən düşüb. ABŞ İranın nüvə proqarmı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsindən çıxandan sonra ötən 25 ay ərzində tümən ABŞ dollarına nisbətdə 190 faiz ucuzlaşıb.

İran Mərkəzi Bankının direktoru Əbdülnasir Himməti tümənin ucuzlaşmasını koronavirusun yayılması, neftin qiymətinin ucuzlaşması və İslam Respublikasının maliyyə tədbiləri üzrə hədəf qrupundan (FATF) çıxarılması ilə əsaslandırıb.

Qeyd edək ki, 2018-ci ilin aprelində bir ABŞ dolları 4 min tümənə mübadilə edilib. 2018-ci il iyulun 18-də ilk dəfə bir ABŞ dolları 19 min tümən olmuşdu. 

Son xəbərlər

Orphus sistemi