İqtisadiyyat Nazirliyinin yeni loqotipi hazırlanıb
Maliyyə
- 22 fevral, 2016
- 15:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.
Nazirliyin devizi isə əvvəlki kimi, ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" ifadəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb.
Son xəbərlər
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region
18:34
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
Digər ölkələr
18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
Region
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr
17:50
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Hadisə
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət
17:22
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Sənaye