İqtisadiyyat Nazirliyi 2 müqavilə üzrə Hökumət Evinə 300 min manata yaxın pul ödəyəcək

İqtisadiyyat Nazirliyi 2 müqavilə üzrə Hökumət Evinə 300 min manata yaxın pul ödəyəcək Bakı. 19 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Aparatı üçün Hökumət Evindən icarəyə götürdüyü yerə görə binanın istismar idarəsinə 290 946 manat ödəyəcək.
Maliyyə
19 Fevral , 2019 17:52
İqtisadiyyat Nazirliyi 2 müqavilə üzrə Hökumət Evinə 300 min manata yaxın pul ödəyəcək

Bakı. 19 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Aparatı üçün Hökumət Evindən icarəyə götürdüyü yerə görə binanın istismar idarəsinə 290 946 manat ödəyəcək. 

Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

Bundan başqa, qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi üçün də Hökumət Evindən icarəyə yer götürüb. Bu yer isə Nazirliyə 7 055 manata başa gələcək. 

Beləliklə, iki müqavilə üzrə ümumi ödəniş 298 001 manat təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi