Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.
"Report"un quruma istinadən verdiyi xəbərə görə, bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb. Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki R.Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərə Newcastle Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib. 2006-2016-cı illərdə