İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qlobal iqtisadi artım proqnozunu aşağı salıb Bakı. 20 sentyabr. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2018-2019-cu illər üçün dünya iqtisadiyyatının artım proqnozunu müvafiq olaraq 0,1 və 0,2 faiz bəndi aşağı salıb.
Maliyyə
20 Sentyabr , 2018 16:43
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2018-2019-cu illər üçün dünya iqtisadiyyatının artım proqnozunu müvafiq olaraq 0,1 və 0,2 faiz bəndi aşağı salıb.

“Report”un verdiyi xəbərə görə, bu illərdə 3,7% iqtisadi artım proqnozlaşdırılır. Əvvəlki proqnozda 2018-ci ildə 3,8% və 2019-cu ildə 3,9% iqtisadi artım gözlənilirdi.

Həmçinin “Böyük 20-lik ölkələri” üçün iqtisadi artım proqnozu bu il üçün 3,9%-ə, 2019-cu il üçün isə 3,8%-ə endirilib. Avrozonada bu il 2%, gələn ildə isə 1,9% iqtisadi artım proqnozlaşdırılır. 

Xatırladaq ki, təşkilatın bundan əvvəlki may proqnozunda avrozona üçün iqtisadi artım gözləntisi bu il üçün 2,2%-ə, gələn il üçün isə 2,1%-ə endirilmişdi. 

Son xəbərlər

Orphus sistemi