İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycanla əməkdaşlığı davam etdirəcək

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycanla əməkdaşlığı davam etdirəcək Bakı. 24 oktyabr. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanla əməkdaşlığı davam etdirəcək. Təşkilat həm hazırda icra olunan layihələrə, həm də digər layihələrə dəstək göstərəcək.
Maliyyə
24 Oktyabr , 2018 15:29
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycanla əməkdaşlığı davam etdirəcək
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanla əməkdaşlığı davam etdirəcək. Təşkilat həm hazırda icra olunan layihələrə, həm də digər layihələrə dəstək göstərəcək".

“Report”un verdiyi xəbərə görə, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson "Vergilər" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətlərindən biri kimi, dövlət idarəetmə sektorunda islahatların dərinləşdirilməsi nəzərdə tutulur: “Bundan əlavə, sosial və ekoloji siyasətin təkmilləşdirilməsi, makroiqtisadi siyasətin yeni meyarlarının hazırlanması, struktur islahatlarının aparılması prioritetlərdəndir. Yaxınmüddətli əməkdaşlıq strategiyasına uyğun olaraq, Azərbaycanda layihələrimizin üç əsas istiqamətini müəyyən etmişik. Bunlar sərmayə və biznes cəlbediciliyinin təmin edilməsində institusional islahatlara, ticarət və nəqliyyat siyasətinə dəstəkdir.”

O bildirib ki, OECD Azərbaycanda mədən yanacağına dair subsidiyaların verilməsinin təkmilləşdirilməsi, su təsərrüfatında səmərəliliyin təşkili, ekoloji tarazlığın bərpası və “yaşıl iqtisadiyyat” göstəricilərinin inkişaf etdirilməsi sahələrində islahatların aparılmasına öz dəstəyini verir. Onun sözlərinə görə, Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq mühüm yer tutur: “Əsas fəlsəfəsi kiçik və orta biznesin inkişafına dəstək göstərmək olan həmin proqram Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində aparılan islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsinə dəstək göstərir. Layihə çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, xarici investorlar ilə əlaqələrin genişləndirilməsi, kiçik və orta sahibkarlıq strategiyalarının, fəaliyyət planlarının monitorinqinin aparılması və qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, iqtisadi islahatların səmərəliliyinin monitorinqi, biznes sektorunda aparılan tədbirlərin qiymətləndirilməsi və təhlili nəzərdə tutulub.”

Son xəbərlər

Orphus sistemi