İpoteka və Kredit Zəmanət Fondu risk qiymətləndirməsini gücləndirir

İpoteka və Kredit Zəmanət Fondu risk qiymətləndirməsini gücləndirir Bakı. 27 fevral. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fondu “Kredit reytinqi modeli və Erkən xəbərdarlıq sisteminin yaradılması üçün açıq tender elan edib.
Maliyyə
27 Fevral , 2018 10:35
İpoteka və Kredit Zəmanət Fondu risk qiymətləndirməsini gücləndirir

Bakı. 27 fevral. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fondu “Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 4-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 16-na qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti,40 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər (tel.: (012) 441-24-23, daxili 172).

Təkliflərə aprelin 17-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. İş 3 ay ərzində icra olunmalıdır.

“Kredit reytinq modeli” Fond üçün kredit risklərinin hesablanması mexanizminin yaradılmasını nəzərdə tutur. Yəni, indiyə qədər ipoteka krediti götürmüş müştərilərin gələcəkdə yarada biləcəyi risklərlə bağlı qiymətləndirmə aparılacaq. “Erkən xəbərdarlıq sistemi” isə ipoteka krediti almaq istəyən müştərinin ödəniş qabiliyyətinin, yarada biləcəyi risklərin bəri başdan qiymətləndirilməsi üçündür”, - deyə Fonddan “Report”a bildirilib.

Son xəbərlər

Orphus sistemi