İpoteka və Kredit Zəmanət Fondu keçirdiyi tenderin müddətini uzadıb

İpoteka və Kredit Zəmanət Fondu keçirdiyi tenderin müddətini uzadıb Bakı. 6 aprel. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fondunun Kredit reytinqi modeli və Erkən xəbərdarlıq sisteminin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin müddəti uzadılıb.
Maliyyə
6 Aprel , 2018 17:08
İpoteka və Kredit Zəmanət Fondu keçirdiyi tenderin müddətini uzadıb

Bakı. 6 aprel. REPORT.AZ/ İpoteka və Kredit Zəmanət Fondunun "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin müddəti uzadılıb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Tender üzrə ilkin sənədlər aprelin 20-nə qədər, təklif zərfləri və təklifin təminatı isə mayın 3-nə qədər Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Tender üzrə zərflər mayın 4-də, saat 15.00–da sözügedən ünvanda açılacaq.

Təklifin qüvvədə olma müddəti 27 iyun 2018-ci ilə qədər, təklifin təminatının qüvvədə olma müddəti isə 10 avqust 2018-ci ilə qədər müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi