Azərbaycanda maliyyə sektoruna investisiya artıb

Azərbaycanda maliyyə sektoruna investisiya artıb Maliyyə sektoruna 400 min sərmayə yatırılıb
Maliyyə
22 Aprel , 2017 17:28
Azərbaycanda maliyyə sektoruna investisiya artıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda maliyyə sektoruna cari ilin birinci rübü ərzində 0,4 mln. manat həcmində investisiya yatırılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu sahəyə sərmayə qoyuluşunda illik 2,6 dəfə artım qeydə alınıb. İqtisadiyyata məcmu sərmayə qoyuluşunda maliyyə sektorunun payı 0,01% təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 182,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0% çox vəsait yönəldilib.

Son xəbərlər