“İnvest-AZ İnvestisiya Şirkəti” “Bakı Fond Birjası”ındakı payını azaldıb

“İnvest-AZ İnvestisiya Şirkəti” “Bakı Fond Birjası”ındakı payını azaldıb “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 9,52%-nə nəzarət edən “İnvest-AZ İnvestisiya Şirkəti” QSC payının yarısını – (4,76%) özünə yaxın şirkətə ötürüb.
Maliyyə
2 İyun , 2020 13:24
“İnvest-AZ İnvestisiya Şirkəti” “Bakı Fond Birjası”ındakı payını azaldıb

“Bakı Fond Birjası” QSC-nin səhmlərinin 9,52%-nə nəzarət edən “İnvest-AZ İnvestisiya Şirkəti” QSC payının yarısını – (4,76%) özünə yaxın şirkətə ötürüb.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, onun payını Türkiyədə fəaliyyət göstərən “İnvest-AZ Yatırım Menkul Degerler” Anonim Şirkəti əldə edib. 

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,3 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 74%-i Elşən Quliyevə, 26%-i isə Ceyhun Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi