“İnkişaf üçün maliyyə” BOKT-nin xalis mənfəəti 51% artıb

“İnkişaf üçün maliyyə” BOKT-nin xalis mənfəəti 51% artıb “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
16 İyun , 2020 18:02
“İnkişaf üçün maliyyə” BOKT-nin xalis mənfəəti 51% artıb

“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 51,2% çoxdur.

Ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki mənfəəti 3,2 milyon manat (əvvəlki ilə nisbətən 9,8% çox), mənfəət vergisi ödəmələri üzrə qanaəti isə 82 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 9 milyon manat olub ki, bu da illik müqayisədə 96,6% çoxdur. Bunun 5,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 63,4% böyüyüb.

Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 41,1% artaraq 3,6 milyon manata, balans kapitalı isə 2,7 dəfə artaraq 5,3 milyon manata çatıb.

Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 min manatdır. BOKT-nin təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi