Böyük Britaniyanın milli valyutası - ingilis funt sterlinqi dünyanın aparıcı valyutaları, o cümlədən ABŞ dolları qarşısında sürətlə ucuzlaşır.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, iyunun 24-də 1,27 olan USD/GBP nisbəti 1,24-ə düşüb.
Bu, 2017-ci ilin aprel ayından bəri ən aşağı həddir.
Böyük Britaniyanın dövlət istiqrazlarının gəlirliliyi isə 2016-cı ilin sentyabr ayından bəri ən aşağı həddədir - 0,72%. Amma son günlər bu göstəricidə dəyişiklik olmayıb.
Ekspertlər funt sterlinqin dəyərdən düşməsini Böyük Britaniya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirirr. Xüsusilə bu ölkədə pərakəndə ticarət satışları 2012-ci ildən bəri ən aşağı səviyyədədir.
İnvestorlar ölkənin