“Zolotaya Korona” Azərbaycandakı müştəriləri üçün yeni xidmətini istifadəyə verib

“Zolotaya Korona” Azərbaycandakı müştəriləri üçün yeni xidmətini istifadəyə verib Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın “Zolotaya Korona” pulköçürmə sistemi Azərbaycandakı müştəriləri üçün yeni xidmətini istifadəyə verib.
Maliyyə
19 Dekabr , 2018 17:58
“Zolotaya Korona” Azərbaycandakı müştəriləri üçün yeni xidmətini istifadəyə verib

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın “Zolotaya Korona” pulköçürmə sistemi Azərbaycandakı müştəriləri üçün yeni xidmətini istifadəyə verib. 

“Report” şirkətə istinadən xəbər verir ki, bundan sonra Rusiyadan göndərilən pulu “Zolotoya Korona”nın “Pul köçürmələri” mobil əlavəsindən istifadə etməklə istənilən bankın kartına yönəltmək və banka getmədən vəsaiti nağdlaşdırmaq mümkün olacaq. 

“Zolotaya Korona” Azərbaycanın maliyyə bazarında 2006-cı ildən fəaliyyət göstərir və 22 yerli bank, həmçinin Azərbayan poçtu ilə əməkdaşlıq edir. Hazırda biz göstərdiyimiz xidmətdə yeni yeni mərhələyə - müasir rəqəmsal platforma ilə etibarlı xidmətə keçirik. Hesab edirik ki, müştərilərimizin onlara göndərilən pulu hansı yolla almaq barədə seçimi olmalıdır", - deyə, “Zolotaya Korona"nın pul köçürmələri xidmətinin direktoru İvan Sitnov bildirib.

Qeyd edək ki, xaricdən Azərbaycana pul köçürmələrini “Visa” və” Mastercard” beynəlxalq ödəniş sisteminin kartları ilə əldə etmək mümkün olacaq. Köçürmə manatla həyata keçirilməlidir. 

Layihə “Expressbank” ASC ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Mobil əlavəni "APPStore" və "GooglePlay"dən ödənişsiz yükləmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi