“İdeal Kredit”in aktivləri 5% azalıb

“İdeal Kredit”in aktivləri 5% azalıb Bakı. 13 aprel. REPORT.AZ/ “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 3,093 mln. manat təşk...
Maliyyə
13 Aprel , 2017 09:49
“İdeal Kredit”in aktivləri 5% azalıb

Bakı. 13 aprel. REPORT.AZ/ “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 3,093 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8% azdır.

“İdeal Kredit”in aktivlərinin 87,7%-ni və yaxud 2,713 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il BOKT-un kredit portfeli 11,2% kiçilib.

Hesabat dövründə kredit təşklilatının cəmi öhdəlikləri 11% azalaraq 2,199 mln. manat, cəmi kapitalı isə 15% artaraq 895 min manat olub.

2016-cı ildə “İdeal Kredit”in faiz gəlirləri 644 min manat (2015-ci ilə nisbətən 6,1% çox), faiz xərcləri 211 min manat (62,3% çox), qeyri-faiz gəlirləri 5 min manat (4,5 dəfə çox), qeyri-faiz xərcləri 10 min manat (2,7 dəfə çox) təşkil edib. Son nəticədə, BOKT-un xalis əməliyyat mənfəəti 178 min manat olub ki, bu da illik müqayisədə 30,5% azdır.

“İdeal Kredit” ötən il kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə təxminən 45% az - 25 min manat yönəldib, 35 min manat isə mənfəət vergisi ödəyib. Bununla da BOKT 2016-cı ili 117 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2015-ci illlə müqayisədə 26,4% azdır.

Xatırladaq ki, “İdeal Kredit” 2003-ci ildə “Ümid Kredit” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə adını “Finans Texnoloji”yə dəyişib, 2014-cü ildə isə səhmdarlarının dəyişməsi ilə əlaqədar yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 646,7 min manatdır. BOKT-un təsisçiləri 75% payla Qubad Baxas oğlu Qubadov, 25% payla isə Xuraman Ramiz qızı Qubadovadır. 

Son xəbərlər

Orphus sistemi