“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb

“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb “İcraçı Kredit Agentliyi” (İKA) MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 12 174 manat və yaxud 5,55% azaldaraq 219 450 manatdan 207 276 manata endirib.
Maliyyə
13 İyul , 2019 11:06
“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb

“İcraçı Kredit Agentliyi” (İKA) MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 12 174 manat və yaxud 5,55% azaldaraq 219 450 manatdan 207 276 manata endirib.

Bu barədə “Report”a BOKT-un İdarə Heyətinin sədri Arif Əliyev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb 2 kredit ittifaqının İKA-dakı payını geri götürməsidir. Söhbət bu ilin əvvəlində lisenziyası ləğv edilmiş “Şans Kredit İttifaqı” MMC-dən (Xaçmaz rayonu) və fəaliyyətdə olan “Hindarx Kredit İttifaqı” MMC-dən (Ağcabədi rayonu) gedir.

Bununla da İKA-nın səhmdarı olan kredit ittifaqlarının (hüquqi şəxslərin) sayı 9-dan 7-yə, onların nizamnamə kapitalındakı payı isə 31,1%-dən 27,3%-ə düşüb. Əvəzində BOKT-un səhmdarı olan 11 fiziki şəxsin (işçilərin) payı 68,5%-dən 72,5%-ə çatıb. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) maliyyə qurumundakı payı isə dəyişməyərək 0,2% qalıb.

Xatırladaq ki, İKA 2002-ci ildə yaradılıb. BOKT uzun müddət Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kredit ittifaqlarına ayrılan maliyyə vəsaitləri üzrə vasitəçi olub. 

Son xəbərlər

Orphus sistemi