​İcbari Sığorta Bürosu yeni sistem istifadəyə verib

​İcbari Sığorta Bürosu yeni sistem istifadəyə verib Yeni sistemlə avtonəqliyyat vasitəsinin icbari qaydada sığortalı olub-olmamasını yoxlamaq mümkündür
Maliyyə
17 Oktyabr , 2014 17:32
​İcbari Sığorta Bürosu yeni sistem istifadəyə verib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosu (İSB) tərəfindən icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması üçün yeni sistem istifadəyə verib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

İstifadəyə verilən yeni sistem vasitəsi ilə avtonəqliyyat vasitəsinin cari tarixə, həmçinin yol nəqliyyat hadisəsinin baş vermə tarixinə icbari qaydada sığortalı olub-olmamasını yoxlamaq mümkün olacaq. Bu elektron xidmətə Büronun internet səhifəsində (www.isb.az) sığorta şəhadətnaməsini "yoxla" bölməsindən və ya http://services.isb.az daxil olmaq mümkündür.

İstifadəyə verilən bu elektron xidmətlər siyahısına yaxın zamanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələrinin yoxlanılması modulları da əlavə olunacaq.

Son xəbərlər

Orphus sistemi