​İSB daha bir vətəndaşa kompensasiya ödəyib

​İSB daha bir vətəndaşa kompensasiya ödəyib Ödənişin məbləği 5 min manat təşkil edib
Maliyyə
12 Dekabr , 2014 17:37
​İSB daha bir vətəndaşa kompensasiya ödəyib

Bakı. 12 dekabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) tərəfindən bu gün Azərbaycan vətəndaşına 5 min manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, sığorta ödənişi 2013-cü il martın 19-da Ələt-Astara magistral yolunun Astara rayonu ərazisindən keçən 226,1-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar adı açıqlanmayan şəxsə verilib.

Qeyd edək ki, ödəniş dekabrın 12-də poçt vasitəsilə köçürülüb.

Son xəbərlər

Orphus sistemi