İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına yatırımları artırıb

İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına yatırımları artırıb Bu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) qiymətli kağızlara investisiyaları 13,6 milyon manat təşkil edib.
Maliyyə
22 İyun , 2020 19:40
İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına yatırımları artırıb

Bu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) qiymətli kağızlara investisiyaları 13,6 milyon manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 26% çoxdur.

Yatırımların 8,5 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının payına düşür. Bu, 1 il əvvələ nisbətən 9,1% çoxdur. 2019-cu ildə İSB-nin Maliyyə Nazirliyinin istiqrazlarına investisiyaları isə 70,6% artaraq 5,1 milyon manata çatıb. 

Son xəbərlər

Orphus sistemi