İbrahim Alışov: “Banklar orta müddətli dövrdə mənfəətləri hesabına kapital təhlükəsizliyi formalaşdıracaq”

İbrahim Alışov: “Banklar orta müddətli dövrdə mənfəətləri hesabına kapital təhlükəsizliyi formalaşdıracaq” Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan bankları Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 400 mln. manatlıq səhm emissiyası üçün müraciət edib.
Maliyyə
6 Mart , 2018 11:50
İbrahim Alışov: “Banklar orta müddətli dövrdə mənfəətləri hesabına kapital təhlükəsizliyi formalaşdıracaq”
Report

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan bankları Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 400 mln. manatlıq səhm emissiyası üçün müraciət edib.

“Report” xəbər verir ki, bu barədə qurumun baş icraçı direktoru İbrahim Alışov məlumat verib.

“Banklar yetərincə kapital itkilərinə məruz qalıb. Son iki ildə bankların əlavə kapital inyeksiyası 1,2 mlrd. manat olub. 2018-ci ilin ilk aylarında isə palataya 400 mln. manatlıq səhm emissiyası üçün müraciət olunub”, - o qeyd edib.

MBNP rəsmisinin sözlərinə görə, haızrda kapital artımı ilə bağlı banklarla mütəmadi müzakirələr aparılır: “Palatanın bank rəhbərləri və səhmdarları ilə mütəmadi apardığı müzakirələrdə, ilk növbədə, kapitalın artırılmasında, mövcud itkilərin bərpa olunmasında bank sahiblərinin şəxsi vəsaitləri hesabına inyeksiya imkanları nəzərdən keçirilir. Gələcəkdə, ortamüddətli dövrdə banklar mənfəətlə işləyəcək və bunun hesabına əlavə kapital təhlükəsizliyi formalaşdıracaq". 

Son xəbərlər

Orphus sistemi