Honkonqda əhaliyə 4,6 milyard dollarlıq vauçer paylanacaq

Honkonqda əhaliyə 4,6 milyard dollarlıq vauçer paylanacaq 5 min Honkonq dolları nominallı elektron vauçerləri 18 yaşına çatmış hər bir Honkonq sakini əldə edə bilər
Maliyyə
24 Fevral , 2021 13:36
Honkonqda əhaliyə 4,6 milyard dollarlıq vauçer paylanacaq

Honkonq səlahiyyətliləri bu il istehlakı stimullaşdırmaq məqsədilə əhaliyə 36 milyard Honkonq dolları (təxminən 4,6 milyard ABŞ dolları) məbləğində elektron vauçerlər paylayacaq.

“Report” “Prime”a istinadən xəbər verir ki, bu barədə Honkonqun maliyyə naziri Pol Çan bildirib.

“Mövcud xüsusi vəziyyəti nəzərə alaraq hökumət bazarın canlandırılması, iqtisadiyyatı stimullaşdırmaq və istehlak bazarının və digər iqtisadi seqmentlərin erkən bərpa olunmasını asanlaşdırmaq üçün büdcə ehtiyatlarından səmərəli istifadə etməlidir”, - o deyib.

Nazir hərtərəfli araşdırmadan sonra daxili istehlakı stimullaşdırmaq üçün nominal dəyəri 5 min Honkonq dolları (təxminən 645 ABŞ dolları) olan elektron vauçerlərin buraxılmasına qərar verildiyini açıqlayıb. Vauçeri 18 yaşına çatmış hər bir Honkonq sakini əldə edə bilər.

“Bu şəkildə təxminən 7,2 milyon nəfərə yardım edə biləcəyimizə ümid edirik”, - Pol Çan söyləyib.

Son xəbərlər

Orphus sistemi