"Hikmət-Ziya Kredit İttifaqı" ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 27 may, 2022
  • 05:09
Hikmət-Ziya Kredit İttifaqı ötən ili mənfəətlə başa vurub

"Hikmət-Ziya Kredit İttifaqı" MMC 2021-ci ili 459 manat mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə "Hikmət-Ziya Kredit İttifaqı"nın aktivləri 238 min manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri 17 min manat, balans kapitalı isə 221 manat olub.

Xatırladaq ki, "Hikmət-Ziya Kredit İttifaqı" 2007-ci ildə yaradılıb, Füzulidə fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 193 min manatdır.