​Azərbaycanda həyat sığortası bazarı 53% artıb

​Azərbaycanda həyat sığortası bazarı 53% artıb Həyat sığortası bazarında yığım 53%, ödəniş 7,4 dəfə artıb
Maliyyə
24 Yanvar , 2015 10:10
​Azərbaycanda həyat sığortası bazarı 53% artıb

Bakı.24 yanvar. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanda toplanmış sığorta haqlarının 24,5%-i və ya 105 milyon manatı həyat sığortasının payına düşüb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 2013-cü illə müqayisədə həyat sığortası bazarı 36,2 milyon manat və ya 52,7% böyüyüb.

Həyat sığortasındakı yığımların 56,7%-i və ya 59,5 milyon manatı həyatın yaşam sığortasının, 27%-i və ya 28,3 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15,9%-i vəya 16,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 458 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Ötən il həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 28,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,2%-ni təşkil etməklə, 2013-cü ilə nisbətən 24,7 milyon manat və ya 7,4 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 86,7%-i və ya 24,8 milyon manatı həyatın yaşam sığortasının, 8,4%-i və ya 2,4 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 4,6%-i və ya 1, 3 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 62500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 27,2 manat ödəniş həyata keçirilib. 2013-cü ildə isə bu göstərici 5,7 manat olub.

Son xəbərlər

Orphus sistemi