Hesablama Palatasında GIZ nümayəndə heyəti ilə görüş keçirilib

Hesablama Palatasında GIZ nümayəndə heyəti ilə görüş keçirilib Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqazda Dövlət Maliyyə İdarəetməsi layihəsinin missiyası ilə görüşü olub.
Maliyyə
20 İyun , 2018 18:04
Hesablama Palatasında GIZ nümayəndə heyəti ilə görüş keçirilib
sai.gov.az

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqazda Dövlət Maliyyə İdarəetməsi layihəsinin missiyası ilə görüşü olub. 

Bu barədə “Report”a Palatanın Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə V.Gülməmmədov və GIZ-in nümayəndə heyəti - Proqram üzrə Qrupun rəhbəri cənab Jens Peterson Tumser və ekspert Kristian Doerinq layihə çərçivəsində Proqramın məqsədləri - səmərəlilik və hesabatlılıq sahələrində dövlət maliyyə sub sistemlərinin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması, fərdi tərəfdaş təşkilatların potensialını gücləndirməklə yanaşı, büdcə sistemindəki təşkilatlar arasındakı qarşılıqlı əlaqə, vergi siyasəti və vergi idarəetməsi sahələrində avtomatik məlumat mübadiləsi, vergi audit funksiyası, kütləvi informasiya vasitələri və sosial tərəfdaşlarla ünsiyyət məsələlərini müzakirə ediblər.

V.Gülməmmədov Palatanın əməkdaşlığa hazır olduğunu bildirib, onun cari fəaliyyəti barədə məlumat verib, o cümlədən Tvinninq layihəsi ilə əhatə olunan maliyyə, uyğunluq və səmərəlilik auditi, yeni “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və bununla bağlı gələcək fəaliyyətin təkmilləşdirilməsi, eləcə də maliyyə, uyğunluq və səmərəlilik auditləri, IT auditinin tətbiqi və auditin avtomatlaşdırılması, həmçinin digər Ali Audit Qurumlarında qabaqcıl beynəlxalq təcrübənin tətbiqi məsələlərindən danışıb.

J.P.Tumser və ekspert K.Doerinq GIZ barədə məlumat verərək Almaniya Səfirliyi, Aİ nümayəndəliyi və Dünya Bankı ilə görüşlərdə son illərdə Palatada baş verən önəmli dəyişikliklər və gələcəyə doğru yeni fəaliyyət planlarından danışıb, GIZ tərəfindən hazırkı layihənin 2020-ci ilin mart ayına kimi davam etdiriləcəyini bildiriblər.

Görüşdə həmçinin 2020-ci ildən sonra bu layihənin davamı kimi yeni layihə və bu çərçivədə Palata ilə əməkdaşlıq imkanları, maliyyə, uyğunluq və səmərəlilik auditləri, IT auditinin tətbiqi və auditin avtomatlaşması sahəsində müvafiq dəstəyin göstərilməsinə hazırlıq və bu istiqamətlərdə təklif və şərhlər, gələcək müvafiq danışıqlar müzakirə mövzusu olub.

Son xəbərlər

Orphus sistemi