Azərbaycan Hesablama Palatasının gələn il üçün iş planı təsdiqlənib

Azərbaycan Hesablama Palatasının gələn il üçün iş planı təsdiqlənib Sənəd Hesablama Palatasının kollegiya iclasında müzakirə olunub
Maliyyə
20 Dekabr , 2014 16:58
Azərbaycan Hesablama Palatasının gələn il üçün iş planı təsdiqlənib
Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının kollegiya iclasında qurumun 2015-ci il üçün iş planı müzakirə edilərək təsdiq olunub.

“Report”un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, iclasda həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər üzrə Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər təhsil şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və Sumqayıt Şəhər İcra Hakimiyyəti İnformasiya və Reklam Departamentinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğuna dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi