Hesablama Palatası: Vergi güzəştlərinin səmərəlililiyi qiymətləndirilməyib

Hesablama Palatası: Vergi güzəştlərinin səmərəlililiyi qiymətləndirilməyib Bu barədə qurumun “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir
Maliyyə
25 May , 2021 10:36
Hesablama Palatası: Vergi güzəştlərinin səmərəlililiyi qiymətləndirilməyib

Azərbaycanda vergi güzəşt və azadolmalarının səmərəlilik meyarları üzrə qiymətləndirilməsi məsələsinə dair normativ baza formalaşdırılsa da, praktiki əhəmiyyət kəsb edən nəticələr indiyə qədər əldə olunmayıb, bu həm də fiskal qurumların yığımına da təsir göstərib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” və 3 noyabr tarixli qərarı ilə isə “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib və əsas inzibati qurum kimi Maliyyə Nazirliyi müəyyən edilib.

Qeyri-neft ÜDM-ə nisbətdə vergi və gömrük orqanları tərəfindən qeyri-neft sahələrindən təmin olunan gəlirlərin faiz nisbəti 2020-ci ilin nəticələrinə görə 18,7% (50 792,5 milyon manata qarşı 9 523,3 milyon manat) təşkil edib ki, bu da 2019-cu ilə nisbətən 0,7 faiz bəndi azdır. Əsas fiskal qurumların qeyri-neft sektoru üzrə büdcə yığımlarının ÜDM-ə qarşı faiz nisbətinin yüksəlməsini səngidən əsas səbəblər bir tərəfdən inzibatçılıqda təkmilləşdirməyə ehtiyac olan tərəflərin mövcudluğu ilə bağlıdırsa, digər tərəfdən qanunvericiliklə tətbiq olunan genişəhatəli güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi üçün praktiki əhəmiyyət kəsb edən işlərin yerinə yetirilməməsi ilə əlaqədardır.

Qeyri-leqal məşğulluğun rəsmi əmək münasibətlərinə transformasiyasını hədəfləyən qanunvericiliyə uyğun vergi güzəştinin (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 8 min manata qədər olan hissəsinin 2019-cu ildən 7 il müddətində gəlir vergisindən azad olunması) əmək münasibətləri üzrə uçotu şəffaf olan yüksək rentabelli vergi ödəyicilərinə (banklar, sığorta təşkilatları, rabitə operatorları və s. iri vergi ödəyiciləri) də tətbiq olunması bu seqment üzrə güzəştlərin səmərəliliyindən daha çox büdcə itkilərinin qiymətləndirilməsini zəruri edir”, - deyə Rəydə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi