Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında memorandum imzalanıb

Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında memorandum imzalanıb Memorandum şəffaflığın artırılmasına xidmət edəcək
Maliyyə
18 Yanvar , 2016 11:16
Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında memorandum imzalanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın Hesablama Palatası və Dövlət Gömrük Komitəsi arasında razılaşma memorandumu imzalanıb. "Report"un Palataya istinadən verdiyi xəbərə görə, Memorandumun əsas məqsədi Hesablama Palatasına və DGK-yə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və qarşılıqlı fəaliyyətin digər aspektləri baxımından hər iki qurumun fəaliyyətinin əlaqələndirilməsi və əməkdaşlığının gücləndirilməsidir.

Memorandum Hesablama Palatasının Strateji İnkişaf Planında müəyyən edilmiş hədəflərə nail olunmasına, hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gömrük orqanlarının xətti ilə yığılması təmin edilən dövlət gəlirlərinin hesablanması və ödənilməsi sahəsində dövlət nəzarəti və hesabatlılığın möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına xidmət edəcək.

"Sənəd Hesablama Palatası və DGK-nin Azərbaycanın iqtisadi inkişafına yönəlmiş fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun olaraq təmin edilməsi məqsədilə imzalanıb", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi