Hesablama Palatası SKMF-in fəaliyyətini yoxlayıb

Hesablama Palatası SKMF-in fəaliyyətini yoxlayıb Bakı. 26 sentyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Maliyyə
26 Sentyabr , 2018 16:10
Hesablama Palatası SKMF-in fəaliyyətini yoxlayıb
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. 

Bu barədə “Report” Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı hesabat dinlənilib, nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Auditin nəticələri ilə bağlı qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına kollegiya qərarının surətinin göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Kollegiya iclasında Hesablama Palatasının dövlət büdcəsinin icrasına nəzarət fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ölkə prezidentinin 2018-ci il 15 may tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na bəzi əlavələrə dair, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına aparılmış dövlət satınalmaları haqqında qurumlar tərəfindən təqdim edilməli məlumat formaları müzakirə edilərək təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi