Hesablama Palatası ƏDV üzrə vahid inzibatçılıq modelinin yaradılmasını təklif edir

Hesablama Palatası ƏDV üzrə vahid inzibatçılıq modelinin yaradılmasını təklif edir Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda bir sıra amillər əlavə dəyər vergisi (ƏDV) üzrə büdcə proqnozunun yerinə yetirilməsinə mənfi təsir edir.
Maliyyə
29 İyun , 2018 14:52
Hesablama Palatası ƏDV üzrə vahid inzibatçılıq modelinin yaradılmasını təklif edir

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda bir sıra amillər əlavə dəyər vergisi (ƏDV) üzrə büdcə proqnozunun yerinə yetirilməsinə mənfi təsir edir. 

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2018-ci il dövlət büdcəsi" haqqında qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin Milli Məclisin bu gün keçirilmiş plenar iclasındakı müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, ƏDV-nin malların idxal əməliyyatları üzrə artması, ölkə ərazisində malların (işlərin, xidmətlərin) təqdim edilməsi əməliyyatları üzrə isə azalması meyli vergi orqanları üzrə təsdiq olunmuş müvafiq proqnozların icra olunmaması risklərini artırır. 

Ümumiyyətlə, ölkə üzrə istehlakın davamlı artımı şəraitində 2016-cı ildən etibarən dövlət büdcəsinə təmin olunan ƏDV-nin gömrük orqanları üzrə artması, vergi orqanları üzrə isə azalması dinamikası ƏDV üzrə vahid inzibatçılıq modelinin tətbiqini zəruri edir. 

Son xəbərlər

Orphus sistemi