Hesablama Palatası Dövlət Dəniz və Liman Agentliyi ilə bağlı yoxlama aparıb

Hesablama Palatası Dövlət Dəniz və Liman Agentliyi ilə bağlı yoxlama aparıb Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Maliyyə
22 Aprel , 2022 16:57
Hesablama Palatası Dövlət Dəniz və Liman Agentliyi ilə bağlı yoxlama aparıb

Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, iclasda Agentlik üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunması ilə bağlı auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi ləğv edilmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə onun tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi