Hesablama Palatası: "Büdcənin yeni layihəsində Vahid Büdcə Təsnifatı ilə uyğunsuzluq var"

Hesablama Palatası: "Büdcənin yeni layihəsində Vahid Büdcə Təsnifatı ilə uyğunsuzluq var" Yenidən baxılan 2023-cü il üzrə dövlət büdcəsi layihəsində gəlirlərin və xərclərin bəzi mənbələr üzrə uçotu Vahid Büdcə Təsnifatına (VBT) uyğun deyil.
Maliyyə
2 İyun , 2023 11:20
Hesablama Palatası: Büdcənin yeni layihəsində Vahid Büdcə Təsnifatı ilə uyğunsuzluq var

Yenidən baxılan 2023-cü il üzrə dövlət büdcəsi layihəsində gəlirlərin və xərclərin bəzi mənbələr üzrə uçotu Vahid Büdcə Təsnifatına (VBT) uyğun deyil.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, Palatanın apardığı təhlillər büdcədə bəzi gəlirlərin və xərclərin VBT-yə uyğun nəzərdə tutulması ilə bağlı uyğunsuzluqların mövcud olduğunu göstərir. Eyni zamanda, “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 15 aprel 2023-cü il tarixli qərarının bu il yanvarın 1-dən qüvvəyə minməsinə baxmayaraq yenilənən büdcə layihəsində bu tələblər nəzərə alınmayıb.

Son xəbərlər

Orphus sistemi