Hesablama Palatası “Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətini səmərəsiz sayır

Hesablama Palatası “Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətini səmərəsiz sayır Hesablama Palatası İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üzrə audit keçirib.
Maliyyə
8 Aprel , 2024 11:18
Hesablama Palatası “Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətini səmərəsiz sayır

Hesablama Palatası İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üzrə audit keçirib.

"Report" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

"Auditlə əhatə olunan dövrdə şirkətin gəlirlilik göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə artması, likvid vəsaitlərin idarəolunması istiqamətində pozitiv dəyişiklilər fonunda, əvvəlki illərdə investisiya yönəldilmiş portfel şirkətlərinin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmayıb, bəzi layihələrin AİŞ-in maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri layihələrin nominal dəyərindən aşağı olub, səhm və pay qoyuluşu portfelindəki yalnız 1 müəssisə şirkətə dividend ödəyib. Həmçinin, portfel şirkətlərinin satışından gəlirlər həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərdən dəfələrlə az olub", - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi