Hesablama Palatası: ANAMA-nın saxlanması ilə bağlı xərclərin icrasında normalara əməl edilməyib

Hesablama Palatası: ANAMA-nın saxlanması ilə bağlı xərclərin icrasında normalara əməl edilməyib Bakı. 2 noyabr. REPORT.AZ/ Hesablama Palatası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb.
Maliyyə
2 Noyabr , 2017 14:41
Hesablama Palatası: ANAMA-nın saxlanması ilə bağlı xərclərin icrasında normalara əməl edilməyib
Report

Bakı. 2 noyabr. REPORT.AZ/ Hesablama Palatası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Məlumat “Hesablama Palatası haqqında” qanuna əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

“Auditin əhatə etdiyi 2015-2016-cı illərdə ANAMA “Regionların 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərində nəzərdə tutulmuş tədbirlərin həlli üçün respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirməklə, ümumilikdə, 2015-ci ildə 36,335 mln. kv.m., 2016-cı ildə isə 79 101,9 min kv.m ərazinin təmizlənməsi, müvafiq olaraq 24 380 ədəd minanın və 38 576 ədəd PHS-in aşkar edilərək zərərsizləşdirilməsi, ərazilərin təhlükəsizlik sənədləri ilə təmin olunması işləri həyata keçirib.

ANAMA-nın əsas məqsəd və vəzifələrini yerinə yetirməsi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT), ABŞ Dövlət Departamentinin və digər Donorların layihələrə ayırdığı vəsait üzrə ərazilərin manalardan təmizlənməsi işlərinin aparılması məqsədi ilə vəsait ayrılsa da, maliyyələşmədə hökumətlərarası pay nisbətində dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi artıb.

Hesabatın müzakirəsi zamanı ANAMA-nın öz fəaliyyətində ölkə qanunvericiliyini, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının (Komissiya) qərarlarını, Nizamnaməsini, BMT-nin İnkişaf Proqramının nümayəndələrinin tövsiyələrini, beynəlxalq humanitar minalardan təmizləmə standartlarını və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları sənəd toplusunu əsas tutduğu bildirilib, ərazilərin minadan təmizləmə əməliyyatlarının aparılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi zamanı müvafiq sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bir sıra nöqsanlara da yol verildiyi diqqətə çatdırılıb.

Belə ki, Nizamnaməsinin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşlarını Komissiya deyil, rəhbərlik müstəqil təsdiq edib, 8 nəfər işçiyə məzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, “Beynəlxalq və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları”nın tələblərinə əməl edilməyərək əməliyyat işlərində iştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilib.

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların (işlərin və xidmətlərin) satınalınması həyata keçirilmiş, malların (işlərin və xidmətlərin) satınalınması ayrı-ayrı müqavilələrə bölünməklə satınalma kotirovka sorğusu üsulu ilə həyata keçirilib, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb”, - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi