Hərracda dövlət istiqrazlarına tələb təklifi 6,4 dəfə üstələyib

Hərracda dövlət istiqrazlarına tələb təklifi 6,4 dəfə üstələyib İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib
Maliyyə
4 İyul , 2017 17:41
Hərracda dövlət istiqrazlarına tələb təklifi 6,4 dəfə üstələyib
Report

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (AZ0102015549) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report”un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 19 investor tərəfindən 41 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64 012 200 manat təşkil edib.

Sifarişlər 95,3003 manat (19,9998%)-97,8290 manat (9,0000%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 97,8290 manat (9,0000%), orta ölçülmüş qiyməti 97,8290 manat (9,0000%), istiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi isə 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 3 oktyabr 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi