"Hermes Finance" daha bir rəqibindən pay alıb

Maliyyə
  • 25 avqust, 2025
  • 16:28
Hermes Finance daha bir rəqibindən pay alıb

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC "Level Leasing" ASC-nin səhmlərinin 38 %-ni əldə edib.

"Report" bu barədə ikincinin yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, "Level Leasing"də hər biri 19 % paya malik olan fiziki şəxslər - Solmaz Quliyeva və Elmira Rzayeva paylarını "Hermes Finance"a satıblar.

"Level Leasing"in səhmlərinin qalan hissəsi əvvəlki kimi Mənzər Qarayevaya (52 %) və Rəqsanə Məmmədovaya (10 %) məxsusdur.

Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Şirkətin səhmdarları 50 % payla Səbinə Sadiq, 27,33 % payla Rəvan Cəfərov və 22,67 % payla Nurarə Mehraliyeva-Rzayevadır. "Hermes Finance" həm də lizinq fəaliyyəti ilə məşğul olan “Caspian Auto İmport” ASC-də 66,67 %, “Baku Leasing” MMC-də isə 50 % pay sahibidir.

S.Sadiq "Bank BTB"nin səhmlərinin 17,68 %-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Rza Sadiqin yaxın qohumudur.

Son xəbərlər

Bütün Xəbər Lenti