Gürcüstanın maliyyə naziri Azərbaycana gəlib

Gürcüstanın maliyyə naziri Azərbaycana gəlib M.Baxtadze bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub
Maliyyə
854
22 Dekabr , 2017 10:28
Gürcüstanın maliyyə naziri Azərbaycana gəlib

Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzenin Azərbaycana birgünlük səfəri başlayıb. “Report” xəbər verir ki, gürcü nazir ötən gün axşam Bakıya gəlib.

M.Baxtadzenin bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olması və azərbaycanlı həmkarı Samir Şərifov, eləcə də vergilər naziri Mikayıl Cabbarovla görüşməsi gözlənir.

Səfərin beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, tranzit layihələrin icrasının təmin edilməsi ilə bağlı müzakirələrin aparılması olduğu deyilir.

Qeyd edək ki, M.Baxtadze bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. Bundan öncə isə "Gürcüstan Dəmir Yolları"nın baş direktoru olub.

Son xəbərlər

Orphus sistemi