Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.
Maliyyə
285
19 Avqust , 2020 11:17
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,4% təşkil edib.

Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas ticarət tərəfdaşı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15,3% azalıb.

Son xəbərlər

Orphus sistemi