Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Gürcüstanın Azərbaycana borcu dəyişməyib Bu il iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 6,3 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
12 İyun , 2020 12:24
Gürcüstanın Azərbaycana borcu dəyişməyib
Report

Bu il iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 6,3 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib. 

Gürcüstanın ümumi xarici borcu isə təxminən, 6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 5,7 milyard ABŞ dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (376,4 milyon ABŞ dolları), Fransa (324,6 milyon ABŞ dolları) və Yaponiya (216 milyon ABŞ dolları) yer alıb.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 12,1 milyon ABŞ dolları, 48,6 milyon ABŞ dolları və 6,8 milyon ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi