Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb İyulun 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana 6,107 milyon ABŞ dolları həcmində borcu var.
Maliyyə
13 İyul , 2020 14:53
Gürcüstanın Azərbaycana borcu azalıb
Report

İyulun 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana 6,1 milyon ABŞ dolları həcmində borcu var.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcunda 184 min dollar azalma qeydə alınıb.

Gürcüstanın ümumi xarici borcu isə 163,3 min dollar artaraq 6,1 mln. dollara bərabər olub.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Almaniya (372,4 milyon dollar), Fransa (457,2 milyon dollar) və Yaponiyadır (213,4 milyon dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 11,8 milyon dollar, 46 milyon dollar və 6,3 milyon dollar təşkil edir.    

Son xəbərlər

Orphus sistemi