Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana borcu 4,187 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
464
20 Yanvar , 2022 14:28
Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana borcu 4,187 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, dekabrın 1-i ilə müqayisədə borc 213 min ABŞ dolları azalıb.

Qonşu ölkənin ümumi xarici dövlət borcu isə 8,2 milyard ABŞ dollarına bərabərdir və bunun 7,7 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə, Rusiya və Ermənistana olan borcu da cüzi azalaraq, müvafiq olaraq 8,152 milyon ABŞ dolları, 28,616 milyon ABŞ dolları və 3,693 milyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi